CƏMİYYƏT
BAHARIN İLK GÜNLƏRİNDƏ YAĞAN QAR ŞAHBUZ RAYONUNA DA CİDDİ ZİYAN VURMUŞDUR
Aprelin 3-4-də aramsız yağan qar Şahbuz rayonuna da xeyli ziyan vurmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rayonun Biçənək, Gömrük, Nurs, Mahmudoba, Ağbulaq, Qızıl Qışlaq, Güney Qışlaq kəndlərinə yağan qarın qalınlığı 50-60 santimetrə çatmışdır. Təsərrüfatlardakı meyvə ağaclarına, arı ailələrinə dəyən ziyan daha çox olmuşdur. Gözlənilməz qarın yağması nəticəsində kənd yollarında gediş-gəliş dayanmış, rabitə və elektrik xətləri sıradan çıxmışdır. Havaların 5-10 dərəcə şaxtalı keçməsi heyvandarlıq sahəsində də problemlər yaratmışdır.
Dəymiş ziyanın aradan qaldırılması ücün operativ tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]