İQTİSADİYYAT
‘BAHAR’ - NEFT DAŞLARI SUALTI QAZ KƏMƏRİNİN TİKİNTİSİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Azərbaycan Yanacaq və Energetika Nazirliyi Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi İdris Rzabəyov verdiyi məlumata görə, “Bahar” - Neft daşları sualtı qaz kəmərinin tikintisində işlərin 80 faizi görülmüş, Xəzərin dibi ilə 68 kilometr borunun artıq 56 kilometri çəkilmişdir. Hava şəraiti imkan versə, kəmərin tikintisi oktyabrın əvvəllərində başa çatdırılacaqdır.
Yeni qaz kəməri “Günəşli” yatağından nəql edilən qazın həcmini artırmaq üçün deyil, paralel işləyən 20 düymlük boru kəmərində təzyiqi azaltmaq üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, yeni xətt qazın nəqlinin həcmini xeyli - gündə təxminən 250 min kubmetr artırmağa imkan verəcəkdir.
Əgər “Günəşli”dən qaz nəqlini daha da artırmaq lazım gələrsə, ondan bunun üçün yüksək təzyiqli daha bir qaz kəməri çəkilməlidir. Belə bir layihə var və indi o, planlaşdırılır.