BAKIDA 104 MEQAVAT GÜCÜNDƏ YENİ ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, 87 meqavat gücündə Xaçmaz elektrik stansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmış, hazırda orada sazlama işləri gedir. Cari ilin dekabrında Naxçıvan elektrik stansiyasında işlər tam başa çatdırılacaq, 2007-ci ilin yanvar ayında Bakıda 104 meqavat gücündə yeni elektrik stansiyası istifadəyə veriləcəkdir.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev demişdir ki, bu ilin yanvarında Azərbaycan İstilik Elektrik Stansiyasında 5-ci enerji blokunun yenidən qurulması nəticəsində blokun gücü 170 meqavatdan 330 meqavata çatdırılmışdır. Beləliklə, 160 meqavat yeni əlavə güc əldə edilmişdir. Həmin blokda 1 kilovat-saat elektrik enerjisi hasilatına yanacaq sərfi 401 qramdan 320 qrama salınmışdır. Dövlətimizin başçısının qarşımızda qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq.