MƏDƏNİYYƏT
BAKIDA 6-CI AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, aprelin 18-dən 20-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Böyük Britaniyanın İTE Group plc və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian llc şirkətlərinin birgə təşkilatçılığı ilə 6-cı Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
Qafqazda yeganə ixtisaslaşdırılmış tədbir olan bu sərgidə iştirakçılar yerli və xarici turizm şirkətlərinin məhsulları ilə tanış olacaq, peşəkar məsləhətçilərin köməyi ilə arzularına və maliyyə imkanlarına uyğun turizm marşrutları seçə biləcəklər.
Sərgi Dünya Turizm Təşkilatı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Turizm Sənayesinin İnkişafı İttifaqı, Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası, Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) tərəfindən rəsmi dəstək almışdır.