İQTİSADİYYAT


BAKIDA 7-Cİ TÜRK İXRAC MƏHSULLARI SƏRGİSİ KEÇİRİLƏCƏKDİR

Sentyabrın 10-13-də Bakıda Avropa otelinin sərgi salonunda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türkiyənin Forum Fuar şirkətinin təşəbbüsü ilə 7-ci ənənəvi türk ixrac məhsulları sərgisi keçiriləcəkdir.

Konfederasiyadan müxbirimizə bildirmişlər ki, məqsəd Türkiyə və Azərbaycan şirkətlərinin hazırladıqları məhsulları nümayiş etdirmək, tanıtmaq, sərmayə qoyuluşunu inkişaf etdirmək və birgə müəssisələr yaradılması imkanlarını öyrənməkdir. Sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən 50-yə yaxın Türkiyə və 20-yə yaxın Azərbaycan şirkəti iştirak edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.