İDMAN


BAKIDA AVROPA ŞAHMAT İTTİFAQI İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI BAŞLANMIŞDIR

Yanvarın 12-də Bakıda Avropa Şahmat İttifaqı (ECU) İcraiyyə Komitəsinin növbəti iclası başlanmışdır.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin məzarı üstünə tər gül dəstələri qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmışlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iclası açaraq demişdir ki, şahmat cəmiyyətimizin həyatında xüsusi yer tutur. O, idmançılarımızın böyük xidmətlərini vurğulayaraq, Azərbaycan şahmatçılarına diqqət və qayğı ilə yanaşdığı üçün iclasda iştirak edən Avropa Şahmat İttifaqı İcraiyyə Komitəsinin prezidenti Boris Kutinə minnətdarlığını bildirmişdir.

İclasda ötən il Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçirilən turnirlərə yekun vurulmuş, bu il üçün tədbirlər planı, habelə maliyyə məsələləri müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.