İDMAN
BAKIDA AVROPA TAEKVONDO İTTİFAQININ BAŞ ASSAMBLEYASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də “Hyatt Regency” otelində Avropa Taekvondo İttifaqının (ATİ) Baş Assambleyası keçirilmişdir.
Assambleyanın gündəliyinə 4 məsələ daxil edilmişdir.
Əvvəlcə Avropa Taekvondo İttifaqının prezidenti vəzifəsinə keçirilən seçkilərdə Atanasios Praqalos səs çoxluğu ilə yenidən növbəti 4 il üçün qurumun rəhbəri seçilmişdir.
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev isə ATİ-nin İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Tədbirdə, eyni zamanda, gənclər və yaşlı idmançılar arasında növbəti qitə çempionatlarını qəbul edəcək şəhərlərin adları da məlum olmuşdur.
Beləliklə, Sankt-Peterburq şəhəri səs çoxluğu ilə 2010-cu ildə növbəti Avropa çempionatını keçirmək hüququna sahib olmuşdur. Gənclər arasında 2009-cu il qitə birinciliyini keçirmək hüququ isə İsveçin Trelleborq şəhərinə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]