BAKIDA BEYNƏLXALQ HÜQUQ KONFRANSI KEÇİRİLƏCƏK

Mart ayında Bakıda Azərbaycan Gənc Hüquqçular Birliyi və İsveçin Raul Volenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutu tərəfindən ikigünlük beynəlxalq konfrans keçiriləcəkdir.

Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Şurasının, beynəlxalq hüquq mühafizə təşkilatlarının, Azərbaycan hökuməti və parlamentinin, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri konfransda insan hüquqlarına dair Avropa Konvensiyasının Avropa Şurasının üzvü olan ölkələrdə həyata keçirilməsi barədə xarici ekspertin məruzəsi dinləniləcək, Konvensiyanın müddəalarının Azərbaycanda tətbiqi məsələlərinə aid fikir mübadiləsi aparılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.