REGİONLAR
BAKIDA BEYNƏLXALQ TOPLANTI KEÇİRİLƏCƏKDİR
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 6-8-də Bakıda kənd təsərrüfatı və aqrar elm sahəsində beynəlxalq toplantı keçiriləcəkdir.
Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhətçi Qrupunun (CGİAR-ın) “Mərkəzi Asiya və Cənubi Qafqaz Ölkələrində Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə Birgə Regional Elmi-Tədqiqat Proqramı” çərçivəsində keçiriləcək toplantıda proqramın 9 beynəlxalq elm mərkəzinin rəhbərləri, Mərkəzi və Cənubi Qafqazdan 7 ölkənin aparıcı tədqiqatçıları, regional əlaqələndiriciləri, donor təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirdə proqramın həyata keçirilməsi, əldə olunan nəticələr, kənd təsərrüfatı tədqiqatları sahəsində qlobal məsələlər müzakirə ediləcək, qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir.