CƏMİYYƏT
BAKIDA “BİNE-2005” 11-Cİ BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ AÇILACAQDIR
Böyük Britaniyanın İTE Group plc və onun Qafqazdakı məxsusi tərəfdaşı İteca Caspian şırkətlərinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünyanın 20 ölkəsindən 90-dan çox şirkət kosmetalogiya, pəhriz və qida əlavələri, laboratoriya və xəstəxanalar üçün avadanlıq, dərman preparatları və əczaçılıq yenilikləri, tibbi elektronika, stomatoloji avadanlıq nümayiş etdirəcəklər.
Sərgidə Azərbaycanın “Arash”, “Kenmak medikal”. “Armada”, “Vitta”, “Planeta”, “Azerfarm”, “İmplant-dent” şirkətləri ilə yanaşı, Almaniya, Yaponiya, Hindistan, Türkiyə, Rusiya, Ukrayna şirkətləti də iştirak edəcəklər. Noyabrın 5-dək davam edəcək sərgi Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda Sərmayələrin Təşviqi və Məsləhət Fondu və Azərbaycan Stomatologiya Assosiasiyası tərəfindən rəsmi dəstək almışdır.