MƏDƏNİYYƏT
BAKIDA CAZ FESTİVALI KEÇİRİLƏCƏK
“Amerikanın səsləri” təşkilatı ilə Mərkəz tərəfindən Heydər Əliyev adına sarayda təşkil olunacaq festivalda iştirak edəcək əsas sənətçilər ABŞ-ın Hyuston ştatından gələn Havikoro breyk dans qrupunun üzvləridir. Onlar Bakıda həm də breyk dans üzrə seminarlar keçirəcəklər. Həftə ərzində davam edəcək seminarlar aprelin 11-də axşam “Hyatt Recensi-Naxçıvan” mehmanxanasının gecə klubunda breyk dans müsabiqəsi ilə başa çatacaqdır.
Festvalda Əminə Fiqarovanın qrupunda çalışan zərb alətləri ifaçısı Kris Strik Emil İbrahimoğlunun triosu ilə, Verner Enqlertin rəhbərliyi ilə Bakı Biq Bendi və başqaları çıxış edəcəklər. İlk dəfə Türkiyədən öz triosu ilə Bakıya gələn sənətçi Kərəm Qorsev də festival iştirakçıları arasında olacaqdır.
Azərbaycanlı müsiqiçilər - Cəmil Əmirov, “Bəri bax” qrupu, Bakustik caz, Rain Sultanov və başqaları festivalın açılış və yekun konsertlərində iştirak edəcəklər.
Festival çərçivəsində “Azərbaycana Birgə Yardım” humanitar təşkilatı ilə “Amerikanın səsləri” təşkilatı 4 xeyriyyə konserti keçirəcəkdir.