İQTİSADİYYAT


BAKIDA ELEKTRİK ENERJİSİNƏ TƏLƏBAT ARTMIŞDIR

“Barmek”dən AZƏRTAC-a bildirmişlər ki, hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə əlaqədar Bakıda elektrik enerjisinə tələbat artmışdır. 

Hazırda istehlak olunan gündəlik elektrik enerjisinin həcmi 1500 meqavatdır. Halbuki paytaxtda maksimum 1250 meqavat elektrik enerjisinin sərf olunması nəzərdə tutulmuşdur. Tələbatın artması stansiya və yarımstansiyalarda yüksək gərginlikli xəttlərin həddindən artıq yüklənməsinə səbəb olmuşdur ki, bu da avadanlıqların sıradan çıxması ehtimalını artırır. “Barmek” elektrik enerjisinə qənaət etməyi, standarta uyğun olmayan cihazlardan istifadə etməməyi məsləhət görür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.