MƏDƏNİYYƏT
BAKIDA “FİN KİNOSU” FESTİVALI KEÇİRİLƏCƏKDİR
Mədəniyyət Nazirliyinin və Finlandiya-Azərbaycan Mədəniyyət Körpüsü Təşkilatının birgə təşəbbüsü ilə martın 28-dən 30-dək Bakıda “Fin kinosu” festivalı keçiriləcəkdir.
Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, festivalda 6 tammetrajlı, 2 qısametrajlı, 1 sənədli və 1 cizgi filmləri nümayiş olunacaqdır. Festival müddətində ekran həvəskarları fin kinematoqrafçılarının istehsal etdikləri “Dovşan ili”, “Qara bəxtli məhəbbət”, “Kolleksiyaçı”, “Çay” və başqa filmlərlə tanış olmaq imkanı qazanacaqlar.
Festival martın 28-də “Azərbaycan” kinoteatrında “Alov udanlar” filmi ilə açılacaqdır.