MƏDƏNİYYƏT
BAKIDA İƏT-Ə ÜZV ÖLKƏLƏRİN EKOTURİZM ÜZRƏ 2-Cİ EKSPERT QRUPUNUN GÖRÜŞÜ VƏ BEYNƏLXALQ EKOREGİON KONFRANSI KEÇİRİLİR
Bakı, 10 iyun (AZƏRTAC). Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq ekoregion konfransı öz işinə başlamışdır.
İƏT-in Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Pakistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Çıxış edən İƏT-in baş katibinin müavini Hassan Taherian bildirmişdir ki, bu gün bütün dünyada ətraf mühitin mühafizəsi böyük önəm kəsb edir.
Turizm sahəsi barədə fikirlərini açıqlayan H.Taherian bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra Azərbaycanın turizm potensialı barədə geniş məlumat verilmiş, mövzu üzrə təqdimatlar olmuş, müzakirələr aparılmışdır.
Beynəlxalq konfrans iyunun 12-də başa çatacaqdır.
######