Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, noyabrın 24-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq, əsasən meyvə, bostan və tərəvəz məhsulları çıxarılmışdı.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada paytaxt sakinlərinə Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Eydar Yaqubov bildirdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə rayonumuzda xeyli iş görülməsi ilə yanaşı, hər həftə yarmarkaya təzə və keyfiyyətli məhsullar da göndərilir. Havaların soyumasına, yağmurlu keçməsinə baxamayaraq, yarmarkada bolluqdur, alıcılar da qiymətlərdən razıdırlar. Şənbə və bazar günləri nümayəndələrimiz burada vəziyyətə nəzarət edirlər. Nəsimi Rayon İcra Hakimiyyəti və bazarın rəhbərliyi fermerlər üçün münasib şərait yaradıblar. Gələn həftə satışa daha çox məhsul çıxaracağıq.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, şənbə günü burada paytaxt sakinlərinə 20,3 ton məhsul, o cümlədən 3 ton ət, 0,3 ton ağartı, 6 ton tərəvəz, 4 ton kartof, 7 ton meyvə, 12 min ədəd yumurta təklif olunmuşdur.

A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan 17 ton tərəvəz, 26 ton meyvə, 2 ton ət, 5 ton kartof, ümumilikdə 52 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı.

Qubalı Fazil Kərimov ilk dəfədir ki, yarmarkaya gəlmişdir və gətirdiyi 2 tondan çox almanın satışı üçün yaradılmış şəraitdən razılıq edir.

Yarmarkada kartofun kiloqramı 40-60, soğan 25-30, kələm 20, nar 40-80, alma 20-30 qəpiyə təklif edilirdi.

Əraziyə nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirdilər ki, havanın yağmurlu olmasına baxmayaraq, gətirilmiş məhsullar lazımi qaydada yerləşdirilmiş və alıcıların sərbəst alış-verişi üçün hər cür şərait yaradılmışdır. Məhsulların qiyməti bazardakından 40-50 faiz ucuzdur.

Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Saatlı, Salyan, Ağdaş, Masallı və digər rayonlardan 16 tona yaxın məhsul gətirilmişdi.

Kartof, soğan, lobya satan ağdaşlı Ramiz Şirməmmədovun sözlərinə görə, bir ildən çoxdur ki, hər həftə yarmarkaya məhsul gətirir. Fermer indiyə qədər burada 15 tondan artıq tərəvəz satmışdır.

Alıcılar məhsul bolluğundan, keyfiyyətdən və qiymətlərdən razılıq edirdilər.

Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 55 tondan çox məhsul çıxarmışdılar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, məhsulların qiymətləri bazardakından 25-30 faiz ucuzdur.

“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Səfəralı Nəsirovun sözlərinə görə, qiymətlərin bazardakından 20-25 faiz ucuz olduğu yarmarkada heyvanlar baytar nəzarəti altında kəsilir və əhaliyə təklif olunur.

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi. Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı. Şəmkir və Kürdəmir rayonlarının fermerləri alıcılara daha çox meyvə-tərəvəz təklif edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov dedi ki, bu gün satışa 225, 5 ton ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır.

Yarmarkada alma, nar, kartof, kələm çoxluq təşkil edirdi. Kələmin kiloqramı 20, alma 40 qəpiyə satılırdı. Paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar.

Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya fermerlər 3 ton kələm, 6 ton kartof, 4 ton soğan və digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bu məhsullar şəhər sakinlərinə bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə dedi ki, bu gün Qazax və Ağsu rayonlarından yarmarkaya 24 tondan artıq müxtəlif çeşiddə meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir. Nahar fasiləsinədək onların 40-50 faizi satılmışdır.

Alıcılar onlara təklif edilən məhsulların həm təzə, həm də keyfiyyətli olduğunu bildirirdilər.

Binəqədi rayonunun 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısında təşkil olunmuş yarmarkada da kənd təsərrüfatı məhsulları ucuz qiymətlərə satılırdı. Satışa Bərdə, Ağstafa və Goranboy rayonlarından gətirilmiş 25 ton meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdı.

Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz, Qobustan və Tərtər fermerləri müxtəlif çeşidlərdə 98,53 ton meyvə-tərəvəz təklif edirdilər.

Astaranın Ucakərən kəndindəki “İsmət” fermer təsərrüfatının rəhbəri Valeh Zülfüqarov növbəti yarmarkaya 2 dəfə çox sitrus meyvəsi gətirəcəyini söylədi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, havanın kəskin dəyişməsi yarmarkada alverin ahənginə təsir etməmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır