İQTİSADİYYAT
BAKIDA QAFQAZ VƏ MƏRKƏZİ ASİYA REGİONUNDA İKT-NİN İNKİŞAF MƏSƏLƏLƏRİNƏ DAİR GÖRÜŞLƏR KEÇİRİLİR
Tədbirlərdə “Virtual İpək yolu” və OCCASİON layihələrinin iştirakçısı olan Azərbaycanın, Gürcüstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın, Qırğızıstanın milli elmi tədqiqat və təhsil şəbəkələri assosiasiyalarının, habelə Böyük Britaniya, Almanya, Belçika və Polşanın nümayəndələri iştirak edirlər.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, təhsil naziri Misir Mərdanov, “Virtual İpək yolu” layihəsinin icraçılarından olan Piter Kirsteyn və başqaları həmin layhələrin region ölkələrinin internet sistemlərinin Avropaya inteqrasiyası baxımından əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan hökuməti bu istiqamətdə üzərinə düşən işi görməyə hazırdır.
“Virtual İpək yolu” layihəsinin 12-ci iclası və “Qafqaz və Mərkəzi Asiyanın elmi-tədqiqat və təhsil şəbəkələri assosiasiyaları üçün internet təkliflərinin təşkil olunması” (OCCASİON) layihəsinin 2-ci görüşü öz işini iyunun 30-da Bakıda davam etdirəcəkdir.
Tədbirlərdə təhsildə İKT-nin tətbiqi məsələləri də geniş müzakirə olunacaqdır.