İDMAN


BAKIDA RAUF ŞƏFİYEVİN XATİRƏSİNƏ CÜDO TURNİRİ BAŞLANMIŞDIR

Aprelin 24-də Bakıda əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Rauf Şəfiyevin xatirəsinə həsr edilmiş cüdo üzrə 5-ci ənənəvi respublika gənclər turnirinin startı verilmişdir.

“Dinamo” idman cəmiyyəti tərəfindən təşkil olunmuş turnirin iştirakçıları tanınmış məşqçi R.Şəfiyevin xatirəsini yad edərək, məzarı üstünə gül-çiçək qoymuşlar.

Yarışlarda Bakı, Sumqayıt, Şəki, Mingəçevir, Gəncə, Samux, Zaqatala, Siyəzən və Masallının 200-dən çox cüdoçusu iştirak edir. Qaliblərə medal və diplomla birlikdə kimono da təqdim olunacaqdır.

“Dinamo” cəmiyyətinin prezidenti Rafiq Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu turnir yeniyetmələrin mayın axırlarında Bakıda keçiriləcək respublika birinciliyinə hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.