SİYASƏT
BAKIDA TƏHLÜKƏSİZLİK MÖVZUSUNDA SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Seminarın əsas məqsədi daxili və xarici təhlükələr arasında fərqin aradan qalxdığı bir dövrdə dünyadakı yeni təhdidləri və onların Azərbaycana təsirini öyrənmək, təhlükəsizlik sahəsində lazımi islahatları aparmağa şərait yaratmaq, Azərbaycanın və müxtəlif dövlətlərin yüksək səviyyəli rəsmi şəxslərini və müvafiq beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək, təhlükəsizlik siyasətinin planlaşdırılması və başqa mövzular ətrafında müzakirələr təşkil etməkdir.
Seminarın açılışında Azərbaycan Prezidentinin köməkçisi Vahid Əliyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev, müxtəlif dövlət qurumlarının nümayəndələri, Almaniya və Böyük Britaniyadan yüksək rütbəli qonaqlar və bir sıra xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.