İQTİSADİYYAT
BAKIDA TÜRK İXRAC MƏHSULLARI SƏRGİSİ AÇILMIŞDIR
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, Türkiyə səfirliyinin müşaviri Suat Akgün, İqtisadi İnkişaf Nazirliyinin icraçı direktoru Samir Vəliyev, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov açılış mərasimində çıxış edərək, bu sərginin iki qardaş ölkənin iqtisadi əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətini vurğulamışlar.
Sərgidə 50 türk, 20 Azərbaycan şirkəti məhsullarını nümayiş etdirir. 30 şirkət sərgiyə ilk dəfə öz məhsullarını çıxarmışdır.
...Nümayiş etdirilən məhsullar sənayenin və aqrar sahənin müxtəlif bölmələrini əhatə edir. Azərbaycan şirkətləri emal edilmiş kənd təsərrüfatı məhsulları və tikinti materialları ilə təmsil olunurlar. Türk şirkətlərinin təqdim etdikləri məhsulların çeşidi daha genişdir.
Sərgi üç gün davam edəcəkdir. Sentyabrın 11-də sərgi çərçivəsində “Azərbaycan-Türkiyə iqtisadi əlaqələri” mövzusunda konfrans keçiriləcəkdir. Ertəsi gün isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Türkiyə və Azərbaycan iş adamlarının görüşü olacaqdır.