MƏDƏNİYYƏT
BAKIDA “UŞAQ TAMAŞALARI FESTİVALI” KEÇİRİLƏCƏKDİR
İttifaqdan AZƏRTAC-ın müxbirinə demişlər ki, konfransda bu qurumun birinci katibi, xalq artisti Azər Paşa Nemətov çıxış edərək bildirmişdir ki, uşaq festivalı Teatr Xadimləri İttifaqının təşkil etdiyi 11-ci tədbirdir. Festivaldan məqsəd ölkə ictimaiyyətini uşaq teatrlarının səviyyəsi ilə yaxından tanış etmək və gözəl uşaq bayramı keçirməkdir.
Festivalda 16 teatr kollektivi 28 tamaşa ilə iştirak edəcəkdir. Bunların sırasında Dövlət Akademik Opera və Balet Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı, Bakı Kamera Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qax, Salyan kukla teatrları, “İlham” Miniatür Teatrı, həmçinin son illərdə yaradılmış “Körpəm”, “Çiçəyim”, “Təbəssüm” müstəqil uşaq teatrları, “Günay” uşaq studiyası, Odlar Yurdu Universitetinin orta ümumtəhsil informasiyalar məktəbinin uşaq teatrı studiyası maraqlı, rəngarəng repertuarla çıxış edəcəklər. Repertuarlarda əsasən Azərbaycan, rus və dünya xalqlarının maraqlı nağıllarına üstünlük veriləcəkdir.
Festivalın açılış mərasimi oktyabrın 27-də Gənc Tamaşaçılar Teatrında olacaqdır.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilmişdir.