MƏDƏNİYYƏT
BAKIDA VOKALÇILARIN BÜLBÜL ADINA III BEYNƏLXALQ MÜSABİQƏSİ KEÇİRİLƏCƏK
Xatırladaq ki, bu müsabiqə ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən keçirilməyə başlamışdır. Əvvəlki illərdə olduğu kimi, III müsabiqədə də dünyanın bir sıra ölkələrindən (Azərbaycan, Ukrayna, Rusiya, Çin, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Moldova və Qırğızıstan) 90 nəfərə yaxın vokalçı iştirak edəcəkdir.
Müsabiqə qaliblərini müxtəlif ölkələrin məşhur musiqi və incəsənət xadimlərindən ibarət mötəbər münsiflər heyəti müəyyənləşdirəcəkdir. Münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının prezidenti, akademik İrina Arxipova rəhbərlik edəcəkdir.
Müsabiqəyə noyabr ayının 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək püşkatmadan və mətbuat konfransından sonra start veriləcəkdir.