SİYASƏT


BAKILI JURNALİST OXUCULARINI UKRAYNA AZƏRBAYCANLILARI İLƏ TANIŞ EDƏCƏKDİR

“Respublika” qəzetinin ən oxunan və maraqlı rubrikalarından biri də “Dünya azərbaycanlıları” rubrikasıdır. Dünya azərbaycanlılarının Bakıda keçirilmiş 1-ci qurultayından sonra açılmış bu rubrikada dərc olunan materiallar müxtəlif ölkələrdə yaşayan azərbaycanlılardan söhbət açır.

AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, “Respublika” qəzetinin xüsusi müxbiri, “Qızıl qələm” mükafatı laureatı Qədir Aslan Ukrayna azərbaycanlıları barədə materiallar hazırlamaq üçün bu ölkəyə yaradıcılıq ezamiyyətinə gəlmişdir. O, Kiyev vilayətinin İrpen şəhərinə getmiş, akademik Zərifə Əliyeva adına küçədə olmuş, “Zərifə parkı”nda xalqımızın şərəfli qızına ucaldılacaq heykəlin yerinə tər çiçəklər qoymuşdur.

Qədir Aslan demişdir ki, İrpen azərbaycanlıları ilə görüş onda, bir jurnalist kimi, xoş təəssürat oyatmışdır. Bakılı jurnalist öz təəssüratı barədə oxucularına qəzet səhifələrində söhbət açacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.