İQTİSADİYYAT
BAKI ARMATURLARININ İLK PARTİYASI RUSİYAYA GÖNDƏRİLMİŞDİR
“Bakı Steel Company” şirkətinin istehsal etdiyi inşaat armaturlarının alıcıları sırasına Rusiya da əlavə olunmuşdur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki gün əvvəl armaturla yüklənmiş vaqonlar qonşu ölkəyə yola salınmışdır. İran, Dubay, Gürcüstan, Türkmənistan və Qazaxıstandan sonra Rusiyanın da bu sırada olması Bakı armaturlarının yüksək keyfiyyət göstəriciləri ilə əlaqələndirilməlidir. Məhz bu keyfiyyətlərinə görə bp neft şirkətinin podratçı təşkilatları AZFEN və TML Borovada “Baku Steel Company”nin müştəriləri sırasına qoşulmuşdur. Bir-iki gün əvvəl isə Qafqaza, o cümlədən, Azərbaycana ən böyük armatur idxalçısı olan Rusiyanın bu sırada görünməsi təkcə ölkələrarası iqtisadi əlaqələrin genişlənməsi kimi yox, həm də respublikamızda istehsal olunan dünya və Avropa standartlarına uyğunluğundan xəbər verir.