BAKI-ASTARA MAGİSTRALI TƏMİR OLUNUR
Salyan rayonundakı 38 nömrəli yol-istismar sahəsinin kollektivi Bakı-Astara magistralında yolun 70 kilometrlik hissəsinin təmirini başa çatdırmışdır. Çuxurlar doldurularaq hamarlanmış, 10 kilometrə qədər yola yeni asfalt örtük döşənmişdir. İnşaatçılar yol nişanlarını da təzələmişlər.