BAKI AVROPANIN ƏN YAXŞI OTÜSTÜ XOKKEY KOMANDALARINI QƏBUL ETMƏYƏ HAZIRDIR
AzerTAg.az
Mayın 28-də Bakıda qadın xokkeyçilərin “Çağırış kuboku” uğrunda 31-ci Avropa turniri start götürür. Bununla əlaqədar Gənclər, İdman və Turizm Nazirliyində turnirə hazırlıq və onun keçirilməsi üzrə təşkilat komitəsinin iclası olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, işin əsas hissəsi görülmüş, idmançıların yaşayış və məşq yerləri müəyyən edilmişdir.
Turnirdə iştirak etmək üçün ölkəmizə Avropanın yeddi ölkəsinin – Rusiya, Fransa, Belçika, İrlandiya, İtaliya, Avstriya və Çexiyanın komandaları gələcəkdir. Onlar meydan sahibləri ilə birgə ən yaxşı komanda adı uğrunda mübarizə aparacaqlar. Turnirə 300 xokkeyçinin, hakimin, məşqçinin, fəxri qonağın – Beynəlxalq və Avropa Otüstü Xokkey federasiyaları rəhbərlərinin gələcəyi gözlənilir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev təşkilat komitəsinin iclasına yekun vuraraq bildirmişdir ki, ölkəmizin paytaxtı yenə də belə iri yarışların keçirildiyi yer olacaqdır. Otüstü Xokkey Federasiyasının rəhbərliyi vaxtilə Milli Olimpiya Komitəsinə və nazirliyə müraciət edərək, bu yarışların keçirilməsini təklif etmiş və müsbət cavab almışdır.
Xəbərin mətnində orfoqrafik səhv var