İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDANÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 2 milyon dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Təkliflə tələb 2 milyon dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4914 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 1 milyon 190 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 5,848 milyard təşkil edir. Bir əqdin dəyəri, orta hesabla, 198, 333 min dollar olmuşdur. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 aləti üzrə əqdlər bağlamamışlar.
RURAZM TOM alətləri ilə BEST-də 1 RUR üçün 161,09 manat məzənnəsi ilə ümumən 800 000 rubl məbləğində əqd bağlanmışdır.
AVRAZM aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə ümumən 1,1 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər verilmişdir. Sentyabrın 3-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.