İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, avqustun 7-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi bir ABŞ dolları üçün 4914 manat olmuşdur.

Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, 4 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 1800 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi bir dollar üçün 4915 manata bərabər idi. 1800 min dollar həcmində təklifin müqabilində tələbat yalnız 1720 min dollar təşkil etmiş, sonra isə sessiyanın bağlanış məzənnəsi 1dollar üçün 4914 manata düşmüşdür.

Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının bank sifarişlərində göstərilən qiyməti orta hesablanmış məzənnə həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST–də 2,171 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 10,668 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 241min dollar düşmüşdür. Tələbat olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.

Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 7-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.