İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, avqustun 15-də USDAZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4915 manat olmuşdur.

Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, 3 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 449 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manat olmuşdur. Təklifin həcmi 400 min dollar təşkil etdiyi halda, ilkin tələbat 449 min dollar olmuş, bundan sonra sessiyanın bağlanmış məzənnəsi hər dollar üçün 4915 manata qalxmışdır.

Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində göstərilən ABŞ valyutasının qiyməti 1USD üçün 4914,23 manat həddində olmuşdur. USDAZM T+0 aləti ilə BEST-də 5,255 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 25,824 milyard təşkil edir. Bir əqdə orta hesabla 750,714 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EURAZM, RURAZM üzrə BEST-ə sifarişlər verməmişlər.

Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 16-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.