İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə
bilidrmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 30 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməmişdir. Təklif və tələb 30 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4915 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 977 min dollara bərabər qeydə alınmışdır ki, bu da manat ekvivalentində 4,802 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 195,400 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar.
RURAZM aləti üzrə BEST-də 1 RUR üçün 162,49 manat məzənnəsi
ilə 400 min rubl məbləğində əqd bağlanmışdır. AVR-AZM alətləri üzrə banklardan BEST-ə sifarişlər daxil olmamışdır.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası
kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 25-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.