İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 705 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4921 manata bərabər olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 705 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4920,50 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 4 milyon 755 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 19,726 milyard qədərdir. Bir əqdə, orta hesabla, 364,455 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
AVR/AZM və RUR/AZM alətləri üzrə banklar BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,168 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 17-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.