İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 310 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4923 manata bərabər idi. Təklif 310 min dollar, tələb 270 min dollar olmuş, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4921 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4923 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 370 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 6,745 milyard qədərdir. Bir əqdə, orta hesabla, 195,714 min dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 168,41 manat məzənnə ilə ümumən 1 milyon rubl məbləğində əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,068 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.