BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə yanvarın 19-da USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4927,46 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 711 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4929 manat olmuşdur. Təklif 711 min dollar və tələb 600 min dollar olmuş, manatin məzənnəsi 2 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4927 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4930 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 130 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 640,900 milyondur.
Tələb olmadığından dilerlər USD/AZM T+0 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 1,250 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 19-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var