İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, yanvarın 23-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4929,40 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 792 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4932 manat olmuşdur. Təklif 792 min dollar və tələb 730 min dollar olmuş, manatın məzənnəsi 2 bənd qalxaraq, 1 dollar üçün 4930 manat təşkil etmişdir.

Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4929,22 manat həddində idi.

BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 563 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,634 milyarddır. Bir əqdə, orta hesabla, 427 167 dollar düşmüşdür.

Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.

BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,072 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Yanvarın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.