İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə fevralın 17-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4938,41 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 600 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4938 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif 1 milyon 600 min dollar, tələb 1 milyon 665 min dollar olduğu halda manatın məzənnəsi 1 bənd düşərək 1 ABŞ dolları üçün 4938 manat olmuşdur.

Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4938,78 manat həddində idi.

BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 811 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 8,944 milyarddır. Bir əqdə, orta hesabla, 258 714 dollar düşmüşdür. Tələbat olmadığından dillerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.

Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.

BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,074 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Fevralın 17-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.