İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə fevralın 19-da USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4936,98 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4939 manat olmuşdur. Təklif 558 min, tələb isə 500 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4938 manat olmuşdur.

Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4936,83 manat həddində idi.

BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 424 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 16,904 milyarddır. Bir əqdə, orta hesabla, 428 min dollar düşmüşdür.

Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.

Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.

BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,275 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Fevralın 19-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.