İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 96 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4938 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. 87 min dollar təklif və 96 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd düşərək, 1 ABŞ dolları üçün 4939 mant olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4938,01 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 6 milyon 067 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 29,959 milyarddır. Bir əqdə, orta hesabla, 551 545 dollar düşmüşdür.
Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,475 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Fevralın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.