İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4939 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. 900 min dollar təklif və 1 milyon dollar tələb şəraitində manatın məzənnəsi bir bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 4940 manat olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4938,42 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 10 milyon 143 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 50,090 milyarddır. Bir əqdə, orta hesabla, 1 127 000 dollar düşmüşdür.
Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlərverməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 3, 900 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək barədə sifarişlər vermişlər.
Fevralın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.