İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 496 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4926 manata bərabər idi. Təklif və tələb 496 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4926,24 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 7 milyon 942 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 39,124 milyarddır. Bir əqdə, orta hesabla, 992 750 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST sisteminin üzvləri olan banklar arasında RUR/AZM T+1 aləti üzrə bağlanmış bir əqdin həcmi manat ekvivalenti ilə 149,8699 milyon olmuşdur.
BEST-də banklar AVR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 7,126 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Martın 25-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.