BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin1-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4923,70 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 801 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4925 manata bərabər idi. Təklif 801 min dollar və tələb 675 olduğu halda manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4923 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4924 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 840 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,060 milyarddır. Bir əqdə, orta hesabla, 368 000 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,924 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 1-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var