İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 2-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4924 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 560 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4923 manata bərabər idi. Təklif 500 min dollar və tələb 560 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4924 manat təşkil etmişdir.

Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4924 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 725 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 8,494 milyarddır. Bir əqdə, orta hesabla, 172 500 dollar düşmüşdür.

Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.

BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.

BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,923 milyard manat məbləğində kredit

cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Aprelin 2-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.