BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 13-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4920,92 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 730 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4922 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 730 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4920,83 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 8 milyon 565 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 42,147 milyarddır. Bir əqdə, orta hesabla, 713 750 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,471 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 13-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər
bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var