BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 15-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4921,73 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 200 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4921 manata bərabər olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 200 min təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4922,14 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 355 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 1,747 milyarddır. Bir əqdə, orta hesabla, 88 750 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 12,456 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 15-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var