BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə mayın 17-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4916 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 240 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuşdur. Təklif 210 min dollar və tələb 240 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4916 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4916 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 302 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 11,317 milyarddır. Bir əqdə, orta hesabla, 255 778 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar,ümumən, 27,332 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 17-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd
bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var