İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 225 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4907 manata bərabər olmuşdur. Təklifin həcmi 185 min ABŞ dolları, tələbin həcmi isə 225 min ABŞ dolları olduğu halda manatın məzənnəsi 1 bənd düşmüş və 1 ABŞ dolları üçün 4908 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4906,19 manat həddində olmuşdur. EHBS-də USD/AZM T+0 aləti üzrə 6 milyon 630 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 35,195 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 630 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar EUR/AZM, RUR/AZM alətləri üzrə sifarişlər verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar 44,375 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 22-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.