İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4904 manata bərabər idi. Məzənnə göstəricisi dəyişməz qalmışdır, çünki səhər sessiyası çərçivəsində banklar arasında heç bir əqd qeydə alınmamışdır.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 6 milyon 623 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904,51 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 6 milyon 623 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 32,482 milyarddır. Bir əqdə, orta hesabla, 192 333 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,389 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 19-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.