İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərracların birja sistemində (EHBS) səhər sessiyasının açılışında USDAZM-in məzənnəsi 1 ABŞ dolları üçün 4905, 91manata bərabər idi. USDAZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 2 milyon 204 min ABŞ dolları olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,9 bənd qalxaraq, 1 dollar üçün 4905,01 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USDAZM T+0 aləti üzrə 2 milyon 587 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904,53 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlaına görə USDAZM T+0 alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 791 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 23 milyard 499 milyondur. Bir əqdə, orta hesabla, 598 min 875 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,328 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Birjada sentyabrın 16-da banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.