İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4905,31 manata bərabər idi. Məzənnə göstəricisi dəyişməmişdir, çünki səhər sessiyası çərçivəsində banklar arasında heç bir əqd bağlanmamışdır.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 7 milyon 373 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4902,97 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 7 milyon 373 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 36 milyard 150 milyondur. Bir əqdə, orta hesabla, 670 273 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,321 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. 350 min avro məbləğində bir banklararası əqd qeydə alınmışdır. Borcalma dərəcəsi illiyi 12 faizlə, kreditin cəlbedilmə müddəti 180 günə bərabərdir.