İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, oktyabrın 27-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4904,80 manat olmuşdur.

Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4904 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 350 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,57 bənd düşmüş və 1 dollar üçün 4905,57 manat təşkil etmişdir.

EHBS-in gündüz sessiyasında banklar arasında USD/AZM T+0 aləti üzrə 3 milyon 381 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904,72 manat olmuşdur.

Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3 milyon 731 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 18 milyard 300 milyondur. Bir əqdə, orta hesabla, 310 917 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.

EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.

EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 32,184 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Oktyabrın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.