BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə dekabrın 1-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4901 manat olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4901,19 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 121 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,19 bənd qalxmış və 1 dollar üçün 4901 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 815 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4901 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 2 milyon 936 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 14 milyard 389 milyondur. Bir əqdə, orta hesabla, 326 222 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də AVR/AZM aləti üzrə 1 avro üçün 6539,55 manat məzənnə ilə, ümumən, 100 min avro məbləğində əqd bağlanmışdır.
Banklar RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 26,836 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 1-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var