İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4597,00 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 974 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4596,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 2 milyon 974 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 13 milyard 669 milyondur. Bir əqdə orta hesabla 424 857 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP-USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
RUR/AZM T+1 aləti üzrə 468 min rubl məbləğində bir əqd qeydə alınmışdır. Rublun məzənnəsi 160,98 manat olmuşdur.
EHBS-də banklar RUR/AZM T+0 və EUR/AZM T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 27,091 milyard manat məbləğində sifarişlər vermişlər.
Noyabrın 2-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.